Qadın müğənni qətlə yetirib meyitini kanala atdılar - RTV

Hindistanda məşhur müğənni İnder Kaur, həmçinin Yashinder Kaur kimi tanınan 29 yaşlı şəxsin cəsəd qalıqları mayın 19-da Ludhiana şəhəri yaxınlığındakı kanalda aşkar edilib.

Məlumata görə, müğənni mayın 13-də avtomobillə ərzaq almağa gedib. Kaur geri qayıtmadığı və telefonunun sönülü olduğu üçün axtarışlara başlanılıb.

İstintaq hesab edir ki, naməlum şəxslər məşhur sənətçini qaçıraraq qətlə yetiriblər. İş materiallarında, həmçinin, kiminsə Kauru onun iradəsi əleyhinə özünə həyat yoldaşı etmək istədiyi barədə məlumat var.