Qadınlar fahişəliyə bu yollarla cəlb olunur - Araşdırma - RTV

İnsan alveri günümüzün ən ağır cinayətlərindən biri hesab olunur. Bu, təkcə hüquq pozuntusu deyil, həm də insan ləyaqətinə qarşı ağır bir ittihamdır. Təəssüf ki, minlərlə insan aldadılaraq cinsi istismara, məcburi əməyə və digər istismar formalarına məruz qalır.

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qadınların fahişəliyə cəlb olunma yollarından danışıb:

"Hədələmə var, asılılıq vəziyyətindən istifadə etmək var, borc asılılığına salmaq var. Müxtəlif cinayəti törədən şəxslərin niyyətidir. Əvvəlcədən bu niyyəti qarşılarına qoyurlar ki, istismara məruz qoyub, ordan külli miqdarda pul götürsünlər. Ən çox tanıdıqları adamlara müraciət edirlər. Şəxsin zəifliyini bildikləri, ehtiyaclarını bildikləri, hər kəsə özünə uyğun təkliflər verirlər. Bu təkliflərdən biri kimsə məsələn, ola bilsin deyir ki, mən iş axtarıram. Evdə xəstəm var və yaxud evim yoxdur, ev almaq istəyirəm və yaxud mən istəyirəm maşınım olsun. Və yaxud belə bir mesajları eşitdikdə, bu formada onlara uyğun təklifləri verə bilirlər."

Peşəkar psixoloq Səbinə İsmayılova qeyd edib ki, qurbanların bir qismi sosial problemlər, sevgi yoxluğu, diqqətsizlik səbəbiylə