"Qara günlər" başlayır - Yay ayları ilə bağlı xəbərdarlıq edilib - RTV

Astronomlar tərəfindən verilən məlumata görə, günəş aktivliyinin 2030-cu ilə qədər minimum səviyyəyə çatacağı bildirilib. Bu barədə Tsiolkovski Dövlət Müasir İncəsənət Muzeyinin Fizika və Astronomiya şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, günəş aktivliyinin azalması tədricən baş verəcək və bu dövrdə ayrı-ayrı alovlanmalar müşahidə oluna bilər. Mütəxəssislər bildirirlər ki, günəşin görünən tərəfində hazırda bir neçə aktiv günəş ləkəsi qrupu mövcuddur. Həmin ləkələrin mayın sonunadək bir neçə alovlanma yaratması mümkün olsa da, xüsusilə güclü hadisələrin baş verməyəcəyi vurğulanıb.

Qeyd edilib ki, yer səthinə çatan günəş radiasiyasının miqdarı ilin fəsillərindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir. Bu fərq yer səthinin günəş şüalarına nisbətən meyilliliyi və şüaların atmosferdən keçdiyi yolun uzunluğu ilə əlaqədardır. Yay aylarında yerə daha çox günəş işığı çatır və atmosfer tərəfindən daha az zəiflədilir.