Qaxda canavar dəhşəti - Fermerə xeyli ziyan dəydi - RTV

Qax rayonunda canavarlar qoyun sürüsünə hücum edərək beş baş qoyunu parçalayıb.

Hadisə günorta saatlarında rayonun Meşəbaş kənd ərazisində qeydə alınıb.

Qax şəhər sakini Elşən Omarov otlaq ərazisində qardaşı Rövşənə məxsus qoyunları otararkən üç canavar sürüyə hücum edib. Canavarlar üç baş qoyunu aparıb, iki qoyunu isə parçalayaraq tələf ediblər.

Zərərçəkən Elşən Omarov hadisə barədə danışıb:

"Canavarlar gəldi. Üçünü apardı, ikisini də parçalayıb qoydular. Beş baş qoyun ziyan dəydi. Burda iki nəfər olub. Heç nə edə bilməyiblər, qaçıblar. Qoyunları da aparıblar."

Təsərrüfat sahibinin sözlərinə görə, hadisə zamanı qoyunları otaran iki nəfər olub və onlar hücum zamanı heç nə edə bilməyiblər.

Zərərçəkmişin sözlərinə əsasən, hadisə ilə bağlı baytarlıq xidmətinə məlumat verilib.