Qaxda ənənəvi at yarışı böyük coşquyla QARŞILANDI - RTV

Qax rayonunda əcdadlarımızdan miras qalan adətlərin yaşadıldığı və təbliğ edildiyi yerlər mövcuddur. Novruz Bayramı münasibətilə Qaxın Əmbərçay kəndində ənənəvi at yarışı təşkil olunub.

Yarışda Qax şəhərindən, Qaradolaq kəndindən və Əmbərçay kəndindən ümumilikdə 30-a yaxın atlı öz məharətlərini nümayiş etdirib. Kənddə bu adət 1990-cı illərin sonuna qədər müntəzəm olaraq keçirilib. Daha sonra at yarışlarına fasilə verilsə də, son səkkiz ildə artıq altıncı dəfədir ki, kəndin həvəskar çaparları bu ənənəni davam etdirir.

Yarışın tə