Keçmiş gözəllik kraliçası Carolina Flores Gomez Meksikanın Mexikó şəhərindəki mənzilində qətlə yetirilib.
Qətlin baş verdiyi anın görüntüləri yayılıb. Kadrlarda Carolina Flores Gomezin qayınanası Erika Maria ilə mübahisə etdiyi əks olunur. Məlumatlara görə, Carolina otaqdan çıxarkən qayınanası onun ardınca gedib və altı atəş səsi eşidilib.
Hadisədən sonra qurbanın əri Alexandro Gomez körpələri qucağında kadra daxil olub. O, anasına qəzəblənərək deyib:
"Bu nə idi? Sən nə etdin? O mənim ailəmdir!"
Erika Maria isə cavabında bildirib:
"Sən mənimsən. O isə səni oğurladı."