Dünən Lerik rayonunda baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Astara rayonunun Motlayataq kənd sakini, 27 yaşlı Həmzə Pənahoğlu Mirseyidzadənin idarə etdiyi "Qaz-66" markalı yük avtomobili ona məxsus deyilmiş. Avtomobil təmiri ilə məşğul olan Həmzə qohumuna məxsus yük maşınını təmir etdikdən sonra onu sürərək yoxlamaq qərarına gəlib.
Hadisə saat 12:30 radələrində baş verib. O, avtomobilin texniki vəziyyətini yoxlayarkən Lerik rayonu Dəstər kəndi ərazisində idarəetməni itirib və yük avtomobili aşaraq qəzaya uğrayıb.
Mirseyidzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Vətən müharibəsi iştirakçısı olan gənc iki ay əvvəl ailə həyatı qurub