Qıza görə 19 yaşlı gənci qanına QƏLTAN ETDİ : Novxanıdakı dəhşətli qətlin TƏFƏRRÜATI - RTV

Novxanı qəsəbəsində dəhşətli qətl hadisəsi qeydə alınıb. Hadisə Novxanı Bağları adlanan, "Atçılıq" kimi tanınan ərazidə baş verib.

Məlumatda bildirilir ki, 2007-ci il təvəllüdlü, 19 yaşlı Muxramov İsrail Mustafa oğlu naməlum şəraitdə bıçaq xəsarətləri alaraq hadisə yerində dünyasını dəyişib. Bildirilib ki, 19 yaşlı İsrail Muxramovla 22 yaşlı Mirhəd Məmmədzadə arasında bir müddətdir ki, şəxsi narazılıqlar davam edirmiş. Hər iki gəncin eyni qıza görə münasibətləri kəskinləşib.

Hadisə günü onlar küçədə qarşılaşaraq əvvəlcə mübahisə etməyə başlayıblar. Mübahisə saniyələr içində əlbəyaxa davaya çevrilib. Şahidlərin sözlərinə görə, Mirhəd Məmmədzadə üzərində gəzdirdiyi bıçağı çıxararaq İsrail Muxramova ardıcıl zərbələr endirib. Gənc aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Hadisə anı anbaan təhlükəsizlik kameralarına düşüb.

Hüquq-mühafizə orqanlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı Mirhəd Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma davam edir.