Qızına görə 6 milyonluq evini 100 dollara satdı - RTV

Rusiyalı müğənni Filipp Kirkorov ABŞ-ın Mayami şəhərində yerləşən malikanəsini qızına bazar qiymətindən dəfələrlə ucuz qiymətə satıb. Bu barədə məşhur xəbər yayılıb.

Bildirilir ki, sənətçi dəyəri 6.1 milyon dollar olan mülkünü qızı Alla Viktoriyaya cəmi 100 dollara satıb. Bu addım qızının ABŞ vətəndaşlığını qorunması məqsədilə atıldığı iddia edilir.

Qeyd edək ki, Kirkorov malikanəni 2011-ci ildə 4.2 milyon dollara alıb. Ev Mayaminin prestijli La Gorce Drive 2 ərazisində yerləşir. İki mərtəbəli evin yaşayış sahəsi 734 kvadrat metr, ümumi sahəsi isə 905 kvadrat metrdir.