Bakıda iki nəfər dəm qazından zəhərlənib. Hadisə paytaxtın Xətai rayonu, Rəşid Bağırrov küçəsi, ev 30-da qeydə alınıb. Belə ki, Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusif Mehdi oğlu Atəlayev və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Mətnun qızı Bəkirova həmin ünvanda yerləşən hamam otağında dəm qazından zəhərləniblər.
Hadisə nəticəsində Yusif Atəlayev ölüb. Təranə Bəkirova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Təbiblərdən verilən məlumata görə, ötən gün saat 21:50 radələrində 2012-ci il təvəllüdlü şəxs kliniki tibbi mərkəzin toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onun dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və ilkin tibbi xidmətlər göstərilib. İxtisaslı tibbi xidmətin göstərilməsindən imtina edilib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin baş vermə səbəbləri araşdırılır.