Hacıqabulda qohumunun evindən oğurluq edən iki nəfər həbs edilib. Hacıqabul Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlərlə rayon ərazisində evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Mahir Abdullayev və Sahil Məmmədov saxlanılıblar.
Həmin şəxslər Mahir Abdullayevin qohumuna məxsus evdən 25 min manat və 10 min ABŞ dolları oğurlayıblar. Faktla bağlı cinayət işi başlanılıb.
Abdullayev və Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.