Paytaxtın Xətai rayonunda təxminən 2000 manat dəyərində qızıl zinət əşyası və 800 dollar nağd pulun naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat daxil olub.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs qohumunun 28 yaşlı qohumu Əhmədzadə müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı saxlanılan şəxsin qonaq olduğu evdən hissə-hissə oğurluq etdiyi məlum olub.