Qohumunun mağazasını soydu - RTV

Neftçala Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində yerləşən qızıl mağazalarından birindən oğurluq edən şəxs saxlanılıb. Saxlanılan şəxs əvvəllər məhkum olunmuş 33 yaşlı Ağa-Verdi Ağaşovdur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, aparılan araşdırmalar zamanı Ağa-Verdi Ağaşovun qohumuna məxsus mağazadan 12500 manat dəyərində qızıl zinət əşyaları oğurladığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.