Azərbaycanda qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilib. Bununla bağlı məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb və qanun layihəsində nəzərdə tutulan dəyişikliklər təsdiqlənib.
Qanun layihəsinə əsasən, qumar oyunlarının, o cümlədən virtual formada, internet və mobil rabitə tətbiqlərindən və ya digər texnologiyalar əsaslanan platformalardan istifadə edilməklə törədilməsi nəticəsində yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verildikdə, əvvəllər belə bir qrup şəxs tərəfindən törədildikdə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə və ya iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etməklə cəzalandırılacaq.