Qurban bayramı ilə bağlı fətva verildi - RTV

Qafqaz Müsəlmanları İdarəsi Qurban Bayramı ilə bağlı fətva verib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.

Qurban Bayramına dair hökmlərə və şəri qaydalara əsasən, Qurban kəsmək yalnız Məkkədə Həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Adətən Qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də Qurbanlıq üçün seçmək olar.

Qurbanlıq əsasən üç hissəyə bölünür. Bir hissəsini Qurban sahibi özünə, digər hissəni imkansız ailələrə, üçüncü hissəni isə hədiyyə kimi qohum-əqrəbaya paylaması tövsiyə olunur.

Bu il Türk Dövlətləri Təşkilatı Dini İdarə Rəhbərləri Şurasının 18 mayda qəbul edilən yekdil fətvası ilə Bayram günü 27 may tarixi kimi təsdiqlənib. Şəriətə uyğun olaraq Qurban kəsimi 27 may tarixindən başlayaraq üç gün davam edə bilər.

Fətvada bildirilib:

"Mayın 27-də məscidlərimizdə bayram namazları qılınacaq."