RTV xəbər verir ki, Türkiyə Qəssablar Federasiyasının sədri Osman Yardımçı qarşıdan gələn Qurban Bayramı ərəfəsində vətəndaşlara qurban ətinin saxlanma qaydaları və gigiyena ilə bağlı xəbərdarlıqlar edib.
Osman Yardımçının sözlərinə görə, qurban ətinin düzgün saxlanılmaması həm iqtisadi itkilərə, həm də sağlamlıq problemlərinə səbəb olur.
Yardımçı vətəndaşları qurban kəsimindən sonra ətin saxlanılması zamanı edilən səhvlərə diqqət yetirməyə çağırıb. O bildirib ki, ət paketə qoyularaq birbaşa soyuducuya yerləşdirilməməlidir. Ətlər beş-altı saat müddətində dinləndirilməlidir.
Ətin insan sağlamlığı baxımından əhəmiyyətinə diqqət çəkən Osman Yardımçı son olaraq bildirib:
"Ət fosfor, kalsium və protein baxımından çox önə