"Qurbanı imkanlılar kəsir" - Bayramqabağı qiymətlər - RTV

Qurban Bayramına sayılı günlər qalır. RTV bayramqabağı vəziyyəti öyrənmək üçün heyvan bazarlarına baş çəkib.

Alıcılar ət qiymətlərinin bahalığından şikayətləniblər.

"Çox bahacılıqdır. Qurban alıb kəsənlər də bilirsən ki, maddi cəhətdən biraz yaxşı yaşayanlar eləyir. Özümüz də imkanımız çatır, biz onu eləyirik, eləyirik, yəni paylayırıq."

Digər bir alıcı bildirib:

"Ətlərin qiymətləri baha, olduqca baha, çox bahadır. Yəni bizim orta səviyyəyə uyğun adamlar üçün, əhali üçün bahadır."

Başqa bir sakin isə qeyd edib:

"Süfrə açırıq, nə qurbanlıq da imkan olsa kəsirik, olmasa da yeyib qurbanlıq bir kilo da olsa alırıq."

Qəssab Nicat Şükürovun sözlərinə görə, əvvəlki illərə nisbətən bazarda zəifçilik müşahidə olunur. Qurbanlıq üçün adətən altı ayını keçmiş erkək quzular