Qurd bağlarında meyit tapıldı - RTV

Sumqayıt şəhərində 61 yaşlı şəxsin meyiti tapılıb. Hadisə şəhər Qurd bağları ərazisində qeydə alınıb.

Meyiti tapılan şəxsin 1963-cü il təvəllüdlü Namiq Əbəsov olduğu bildirilir. Onun meyiti yaşadığı evdə aşkar edilib.

Meyitin üzərində zorakılıq əlamətləri müşahidə olunub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.