Qusarda faciə - Badımcan dolu yük maşını aşdı, sürücü həlak oldu - RTV

Dağıstan-Azərbaycan sərhəddində, Qusar rayonunun Samur kənd qəsəbəsi yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. Dağıstan dövlət qeydiyyat nişanlı yük maşını idarəetməni itirərək magistral yolun ətrafındakı əraziyə aşıb.

Hadisə nəticəsində yük maşını tamamilə yararsız hala düşüb. Qəza zamanı 28 yaşlı sürücü aldığı ağır xəsarətlərdən ölüb.

Yük maşınında daşınan tonlarla badımcan ətraf əraziyə və Samur-Abşeron kanalına səpələnib. Suyun üzərində çoxlu sayda badımcanın üzməsi müşahidə olunub.

Faktla bağlı araşdırma aparılır.