Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan bayramı ilə bağlı fətva verib.
QMİ sədri Allahşükür Paşazadə Azərbaycan və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib. Bildirilib ki, bu il Ramazan bayramı martın 20-nə təsadüf edir.
Fətvaya əsasən, Fitrə zəkatı Ramazan ayının son günü, axşam namazından sonra verilməlidir. Hər adam başına 10-15 manat tövsiyə olunur.
Təbrikdə qeyd olunub ki, bu il Ramazan bayramının Novruz bayramı ilə üst-üstə düşməsi onun mənəvi əhəmiyyətini daha da artırır.
Həmçinin vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə əldə olunan uğurlar, Qarabağda aparılan quruculuq işləri və Böyük Qayıdış prosesi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, şəhidlərin xatirəsi anılıb, qazilərə şəfa dilənib və xalqın birliyi qeyd edilib.