Ramazan Nəbiyevə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTİ) İdarə Heyətinin sədri vəzifəsi verilib.
Bu təyinata qədər Ramazan Nəbiyev Qida Təhlükəsizliyi Agentliyinin İdxal və İxrac nəzarəti şöbəsinin müdiri vəzifəsində çalışıb.
2024-cü ilin sentyabr ayından isə Qida Təhlükəsizliyi Agentliyində sədr müavini vəzifəsini tutub.
Qeyd edək ki, Ramazan Nəbiyev 2018-2024-cü illərdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində müxtəlif vəzifələrdə, o cümlədən İdxal və İxrac nəzarəti şöbəsinin müdiri kimi fəaliyyət göstərib.