Xalq şairi Nəriman Həsənzadənin səhhəti ilə bağlı acı xəbər yayılıb. Şairin vəziyyəti ağır stabildir.
Bu barədə açıqlama verən şairin köməkçisi Arif Mehman dost, Nəriman Həsənzadənin reanimasiya şöbəsində olduğunu bildirib. Onun sözlərinə görə, şair huşu yerindədir, danışır, lakin tam özünə gələ bilməyib.
Nəriman Həsənzadəyə böyrək çatışmazlığı diaqnozu qoyulub. Xatırladaq ki, 95 yaşlı xalq şairi iyun ayının sonlarında xəstəxanaya yerləşdirilib.