Paytaxtda yerləşən dönərxanalardan birində xoşagəlməz hadisə baş verib. Vətəndaş Açıqdım restoranında dönərin içindən çıxan şüşənin dilini kəsdiyini bildirib. RTv Milli az-a istinadən xəbər verir ki, hadisə Nərimanovda yerləşən Açıqdım restoranında baş verib.
Müştərinin iddiasına görə, hadisə ilə bağlı restoranı məlumatlandırsalar da, restoran bundan boyun qaçırıb. Restorandan bildirilib ki, belə bir halın baş verməsi mümkün deyil. Restoran nümayəndəsi:
"Burda şüşə harda ola bilər ki? Hamısı qidalardır, şüşə əlaqəsizdir."
Sözügedən hadisə ilə bağlı Aktadan bildirilib ki, məsələ nəzarətə götürülüb. Araşdırma zamanı məlum olub ki, qida obyektində sanitar pozuntu qeydə alınıb. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülərək inzibati protokol tərtib olunub.