Saatlı rayonunun Qıraqlı kəndi ərazisində azyaşlı su kanalına düşüb. Azyaşlı ərazidən keçən polis əməkdaşları tərəfindən xilas edilib. Kanaldan çıxarılan uşağa ilkin tibbi yardım göstərilib və o xidməti avtomobillə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilən azyaşlının hazırda vəziyyəti qənaətbəxşdir.