Sabah 37 dərəcə isti olacaq - PROQNOZ - RTV

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin necə olacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.

Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağması, şimşək çaxması, dolu düşməsi ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 32-37 dərəcə isti olacaq.

Dağlarda isə gecə 11-16 dərəcə, gündüz 28-30 dərəcə isti olacaq.