Sabah 38 dərəcə isti olacaq - Hava PROQNOZU - RTV

İyunun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz bəzi yerlərdə 28-30 dərəcə isti olacaq.

Dağlarda gecə 11-16 dərəcə isti, gündüz 20-25 dərəcə isti, bəzi yerlərdə 28-30 dərəcə isti olacaq.