Sabah 38 dərəcə isti olacaq - hava PROQNOZU - RTV

İyunun 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağa təpə rayonlarında arabir yağış yağacağı gözlənilir. Rayon-rayon leysan xarakterli intensiv olacaq. Şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və axşam bəzi yerlərdə yağışların bir qədər güclənəcəyi ehtimal olunur.

Gecə və səhər dağlıq ərazilərdə duman olacaq.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti olacaq. Dağlarda gecə 14-18, gündüz 22-27 dərəcə isti olacaq.