Bakı şəhərinin Xətai rayonunda, Babək prospektində yerləşən şadlıq saraylarından birinin qarşısında kütləvi dava baş verib. Hadisə polis əməkdaşları tərəfindən qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ictimai qaydanı pozan 5 nəfər saxlanılaraq polis şöbəsinə gətirilib.
Bildirilir ki, saxlanılan şəxslər ilkin tibbi yardım və ya zərərsizləşdirilmə tədbirlərinə ehtiyac duymayıblar. Faktla bağlı araşdırma davam etdirilir.