Bakı şəhərinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə start verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın inzibati rayonları üzrə təmirə ehtiyacı olan küçə və prospektlərdə kompleks təmir bərpa işlərinə start verilib.
İlkin mərhələdə Nərimanov, Yasamal, Səbail, Xətai və Nizami rayonlarında yerləşən bir sıra küçə və prospektlərdə təmir işlərinə başlanılıb.