Samuxda ağır qəza: Ölən var - RTV

Samux rayonunda ağır yol qəzası baş verib. Hadisə rayon ərazisində, Kül qırağı kəndlərinə gedən yolda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Samir Əhmədov, Fəridə Əhmədova və Aqil Əliyev həlak olublar. Qəza zamanı 17 yaşlı Əhməd Əhmədov isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları və aidiyyəti qurumların nümayəndələri cəlb edilib. Faktla bağlı araşdırma aparılır.