Samux rayonunda keçirilən yas mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə rayonun Lək kəndində qeydə alınıb.
İlkin məlumatlara əsasən, mərasimdə iştirak edən 22 nəfər qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib.
Hazırda zəhərlənənlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Məlumatda həmçinin qeyd olunur ki, zəhərlənənlər arasında azyaşlılar da var.