Şəmkir rayonunun Məhmudlu kənd sakini, 2014-cü il təvəllüdlü yeniyetmə qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, qızın itkin düşməsi ilə bağlı valideynləri polisə müraciət ediblər. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.