Şəmkirdə kafedə qətl - 28 yaşlı kişini ürəyindən bıçaqladı - RTV

Şəmkirdə bir kafedə 28 yaşlı Fərid Həsənov qətlə yetirilib. Hadisə rayon ərazisindəki kafelərdən birində baş verib.

1998-ci il təvəllüdlü Fərid Həsənov hadisə zamanı ürəyindən bıçaqlanıb. O, təcili xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Sarxan Tağıyev saxlanılaraq istintaqa təhvil verilib.