Ermənistan Mərkəzi Seçki Komissiyası tərəfindən bəzi seçki məntəqələrində aparılan yenidən sayma və dəqiqləşdirmə işləri nəticəsində "Vətəndaş Müqaviləsi" partiyası 950 səs əlavə qazanıb.
Bu məlumatı Ermənistan parlamentinin deputatı Vaqın Aleksanyan verib.
O, texniki səhvlər və qeyri-dəqiqliklər səbəbindən "Vətəndaş Müqaviləsi" partiyasına nəticədə 950 səs əlavə olunduğunu bildirib.
Parlament seçkilərinin nəticələrinə etiraz edən müxalif partiyalar aprelin 9-da səslərin yenidən sayılması üçün Mərkəzi Seçki Komissiyasına müraciət etmişdi.