Sevgilisi ilə birləşib ərini öldürdü - RTV

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Zahir Soltanov və Leyla Abbasovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Zahir Soltanov Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi, Leyla Abbasova isə Cinayət Məcəlləsinin 32.5 və 120.2.9-cu maddələri ilə təqsirləndiriliblər.

Məhkəmə iclasında zərərçəkənin hüquqi varisi çıxış edərək hər iki təqsirləndirilənin ömürlük cəzaya məhkum edilməsini istəyib. Təqsirləndirilən Leyla Abbasova üç uşağının olmasını nəzərə alınmasını və ədalətli qərar çıxarılmasını məhkəmədən tələb edib. Digər təqsirləndirilən Zahir Soltanov isə çıxışında zərərçəkənin ailəsinə müraciət edərək deyib:

"Tək mənəm günahkar. Qanım sizə halaldır. İstəyirsiz öldürün məni. Möhtərəm məhkəmə, nə cəza verirsizsə mənə verin."