Skuter və velosiped sürücüləri hədləri aşdı – Avtobus üstünə sürürlər - RTV

Bakının Nəsimi rayonu, Füzuli küçəsində skuter və velosipedlərdən istifadə edən şəxslərin yol hərəkəti qaydalarını pozması qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, sürücülər Yol Hərəkəti Haqqında Qanunun 46-cı maddəsinə əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin park və ya yaşayış ərazilərində, velosiped yollarında, ümumi istifadədə olan avtomobil yollarında isə yol nişanları və işarələrinə riayət etməklə yolun sağ kənar zolağı ilə hərəkət etməlidirlər.

Qanunun 46-cı maddəsinə əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin park və ya yaşayış ərazilərində, velosiped yollarında, ümumi istifadədə olan avtomobil yollarında isə yol nişanları və işarələrinə riayət etməklə yolun sağ kənar zolağı ilə hərəkət etmək tələb olunur. Digər zolaqlarda hərəkət qadağandır.

Yol hərəkəti iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaq və yol hərəkəti qaydalarına riayət etmək tələb olunur. Əks halda yol nəqliyyat hadisəsinin baş verməsi və onun ağır nəticələri qaçılmaz olacaq.