"Son Zəng" tədbirinin vaxtı DƏYİŞDİRİLDİ - RTV

Bu il bütün dövlət ümumi təhsil müəssisələrində ənənəvi "Son Zəng" tədbiri iyun ayının 13-də keçiriləcək. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, "Son Zəng" tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib. Təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılıb.