Sosial ödəniş alanlara şad xəbər - RTV

Bu gün may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Beləliklə, bu ayın bütün sosial ödənişləri başa çatdırılıb.

Bundan əvvəl, mayın 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikasında yaşayan pensiyaçıların, mayın 20-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin may ayı üzrə pensiyaları ödənilib.