"Space" TV-də yoxlamalar aparılır - RTV

Bu gün bir sıra xəbər saytlarında və sosial şəbəkələrdə "Space" Televiziyasının baş direktoru Vado Korovinin vəzifəsindən getməsi ilə bağlı məlumatlar yayılıb. İddialara görə, direktor bütün departament rəhbərləri ilə vidalaşıb.

RTV xəbər verir ki, Manşet.az məsələ ilə bağlı Vado Korovinlə əlaqə saxlamağa çalışsa da, o, telefon zənglərinə cavab verməyib. Daha sonra kanalın baş direktorunun müavini Nəriman Əbdüləliyevlə əlaqə saxlanılıb.

Əbdüləliyev Vado Korovinin vəzifədən azad edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib. O bildirib ki, hazırda kanalda yoxlamalar aparılır. Yoxlamalar Audiovizual Şura tərəfindən həyata keçirilir.

Nəriman Əbdüləliyev açıqlamasında Vado Korovinin vəzifədən azad olunması ilə bağlı məlumatın yanlış olduğunu vurğulayıb və əlavə edib:

"Hələ ki belə bir qərar yoxdur. Bu gün saat 12:00-da iclasımız var. Vado müəllim də həmin iclasda iştirak edəcək."

Qeyd edilib ki, hələlik Vado Korovinin vəzifədən çıxarılması ilə bağlı heç bir rəsmi qərar yoxdur.