Hazırda ölkənin bəzi bölgələrində, o cümlədən paytaxtda dumanlı hava şəraiti müşahidə olunur. Bu hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə azaldır və yol nəqliyyat hadisələrinin baş vermə riskini artırır.
Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib. Müraciətdə bildirilib ki, belə şəraitdə hərəkət iştirakçılarının diqqətli və məsuliyyətli davranması mühüm əhəmiyyət kəsb edir.
Sürücülərə tövsiyə olunur ki, hərəkətə başlamazdan əvvəl duman faralarının və işıqlandırma sistemlərinin sazlığı yoxlansın. Həmçinin, sürəti mövcud görünüş şəraitinə uyğun seçmək, qəfil manevr və ötmələrdən çəkinmək, ara məsafəsini qorumaq vacibdir. Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edilməlidir.
Piyadalara isə yolu yalnız müəyyən olunmuş keçidlərdən keçmək və yolun hərəkət hissəsinə qətiyyən çıxmamaq tövsiyə olunur. Baş Dövlət Yol Polisi İdarəsi xatırladıb ki, belə şəraitdə sürücünün piyadanı görməsi çətinləşir.
Müraciətdə vurğulanıb ki, məhdud görünüş şəraitində yol hərəkəti iştirakçılarının diqqətsizliyi və ya məsuliyyətsizliyi ağır yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. Bu səbəbd