Bu gün Sumqayıt şəhərində suyun verilişində fasilə yaranacaq. Bu fasilə 25 min nəfərin yaşadığı əraziləri əhatə edəcək.
Sumqayıt Su Kanal İdarəsindən verilən məlumata görə, Sumqayıt şəhərinin bir sıra ərazilərində içməli suyun verilməsində müvəqqəti fasilə olacaq. Buna səbəb şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləridir.
İşlərlə əlaqədar olaraq, 21 aprel 2026-cı il tarixində səhər saat 09:00-dan etibarən axşam saatlarınadək suyun verilişi dayandırılacaq.
Qurumdan qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra suyun verilməsi bərpa ediləcək.