Tanınmış aktrisa Nəsrinc Cavadzadənin şəxsi həyatı ilə bağlı yeni iddialar yayılıb. Məlumata görə, aktrisa Kadir Taner Uçar ilə Bodrumda səssiz-səmirsiz nikah masasına oturub.
43 yaşlı Cavadzadə ilə 36 yaşlı Uçar arasında yeddi yaş fərq var. Nikah mərasiminin Uçarın doğum günündə baş tutduğu bildirilir. Cütlüyün toy mərasiminin isə bir ay sonra keçiriləcəyi qeyd olunub.
Aktrisanın nikahdan sonra sosial mediada etdiyi paylaşımlar izləyicilər arasında suallar yaradıb. O, əvvəlcə nikah məkanında boş stulların yer aldığı şəkilləri paylaşıb. Daha sonra isə Uçarla arxadan çəkilmiş fotosunu yayımlayıb. Bu paylaşımlar evlilik iddialarını daha da gücləndirib.
Jurnalist Mehmet Üstündağ bildirib ki, cütlük ilk dəfə İstanbulun Etilər bölgəsində yerləşən idman zalında tanış olub. Onun sözlərinə görə, nikah Bodrumda keçirilib və toy mərasimi yaxın zamanda baş tutacaq.
Hələlik tərəflərdən heç biri məsələ ilə bağlı rəsmi açıqlama verməyib.