İnformasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev həbsdə vəfat edib.
Qafqaz İnfonun məlumatına görə, o, həbsdə xəstəlik səbəbindən dünyasını dəyişib. Bu ilin martında İlqar Əliyevin cəzası 4 ildən 3 ilə endirilmişdi.
Xatırladaq ki, İlqar Əliyev əvvəllər Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyətində İnformasiya Texnologiyaları Departamentinin müdiri, həmçinin bank sektorunda müşavir kimi fəaliyyət göstərib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və psixotrop maddə əldə etməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Məhkum həm apellyasiya, həm də kassasiya şikayətlərində məhkəmədən bəraət istəyirdi.