Bakı-Tbilisi-Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlanıb. Azərbaycan Dəmir Yollarının məlumatına görə, lüks sinif üzrə Bakı-Tbilisi istiqamətində biletin qiyməti 180 manat olacaq.
Bu sinif üzrə digər istiqamətlər və qiymətlər aşağıdakı kimidir:
- Yevlax-Tbilisi: 144 manat
- Gəncə-Tbilisi: 132 manat
- Ağstafa-Tbilisi: 120 manat
- Böyük Kəsik-Qardabani: 102 manat
Qeyd edək ki, Azərbaycan və Gürcüstan hökumətləri arasında əldə olunan razılaşmaya əsasən, 26 may 2026-cı ildən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq.