Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) icraçı direktoruna yeni müşavirlər təyin edilib. Bu barədə TƏBİB-dən verilən məlumata görə, Muxtarzadə Ramil Səfəroğlu və Cəmilova Tövhə Ramizqızı TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin olunublar.
Bununla yanaşı, Rzayev Bahadur Məhərrəmoğluna da TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsi həvalə edilib.