Telefon ailənizi dağıda bilər - Psixoloqdan həyəcan təbili! - RTV

Psixoloq Jüljanə Papın sözlərinə görə, smartfonlardan həddən artıq asılılıq və söhbət zamanı bu cihazlara diqqət yetirməmək, yəni "fobing" (telefonla məşğul olub söhbətə fikir verməmək) ailə və dost münasibətlərinə mənfi təsir göstərir, narahatlığı artırır və emosional vəziyyəti pisləşdirir.

Psixoloq Jüljanə Pap bildirib ki, telefonlardan uzaq keçirilən vaxt ünsiyyəti gücləndirir və insanları daha xoşbəxt edir. O, xüsusilə yemək zamanı və yatmazdan əvvəl smartfonlardan istifadə etməməyi tövsiyə edir.

Mütəxəssis qeyd edir ki, rəqəmsal detoks sinir sisteminin dincəlməsinə, özünə nəzarətin bərpasına və telefon asılılığının azalmasına kömək edir.

Valideynlərə isə uşaqların yalnız ekran vaxtına deyil, izlədikləri məzmunun mahiyyətinə də diqqət yetirmək tövsiyə olunur.

Ekspert vurğulayır ki, məqsəd texnologiyadan imtina etmək deyil, smartfonlardan şüurlu və balanslı şəkildə istifadə etməyi öyrənməkdir.