Telefona görə imtahana buraxılmadı,itkin düşdü - RTV

Xaçmaz rayonunun Həsənxanlı kənd sakini, orta məktəbi bitirən Polad Rasim oğlu Poladov ötən gündən itkin düşüb.

Polad iyulun 12-də Xaçmaz şəhərində birinci qrup üzrə qəbul imtahanında iştirak etmək istəyib. Lakin imtahan zalına daxil olarkən üzərində mobil telefon olduğu üçün qaydalara əsasən imtahana buraxılmayıb.

Poladın yaxınlarının sözlərinə görə, onun imtahandan yüksək nəticə gözləməsi səbəbindən bu hadisə Poladda ciddi psixoloji gərginlik yaradıb. Bundan sonra onun naməlum istiqamətə uzaqlaşdığı bildirilir.

Polad Poladov ötən gün Xaçmaz Rayon Polis şöbəsində rəsmi olaraq itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.