Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Tərtərdə baş verən yol qəzasında iki nəfər həlak olub.
Hadisə iyulun 16-da, saat 16:00 radələrində Tərtər rayonunun Təzəkənd kəndinin ərazisində qeydə alınıb. Bərdə rayon sakini, 64 yaşlı Adil Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomobilin əks istiqamətə çıxaraq qəza törədib.
Qəza nəticəsində Adil Əhmədov və həyat yoldaşı, 61 yaşlı Elza Əmirova hadisə yerində həyatlarını itiriblər.
Məlumata görə, "Mercedes" markalı avtomobilin sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verən qəzada digər maşın da zərər görüb.