Tərtərdə ötən gecə baş verən qəza zamanı bir nəfər ölüb. RTV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan Vaz 2107 markalı avtomobil qarşıdan gələn traktorun kotanına çırpılıb. Qəza zamanı Vaz 2107-nin sürücüsü, Tərtər rayon polis şöbəsinin əməkdaşı Elman adlı şəxs hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.