Tərtər rayonunda 25 yaşlı gənc oğlan tənəffüs çatışmazlığından vəfat edib. Hadisə mayın 7-də, saat 16 radələrində Tərtər şəhərinin ərazisində yerləşən bağda baş verib.
Bağda işləyən Yevlax rayon sakini, 2001-ci il təvəllüdlü Dünyamin Ayazoğlu Hümbətov astma bronxit xəstəliyindən ölüb.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.